Yan 19, 2020 08:59 Asia/Baku
  • Azərbaycan R. məclisinə çıxmaq üçün 1622 namizəd rəqabət aparacaq
    Azərbaycan R. məclisinə çıxmaq üçün 1622 namizəd rəqabət aparacaq

Azərbaycan Respublikası mərkəsi seçki komissiyası dünən bildirib ki, bu ölkənin milli məclsinə çıxmaq üçün 1622 namizəd rəqabət aparacaq. Onlar növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Azərbaycan Respublikası mərkəsi seçki komissiyası tərəfindən qeydə alınıblar.

Azərbaycan Respublikası Milli Məclisinə 6-cı çağırış növbədənkənar seçkiləri fevralın 9-da erməni qüvvələr tərəfindən işğal olunmuş Qarabağ istisna olmaqla bu ölkənin hər yerində keçiriləcək.

Azərbaycan Respublikası mərkəsi seçki komissiyası tərəfindən işlənib hazırlanmış seçki proqramına əsasən, adları qeydə alınmış namizədlərin seçki təbliğatları cümə günündən başlanıb və seçkilərin başlanmasına 24 saat qalanadək davam edəcəkdir.

Poster və şəkillərin vurulması, namizədlərin özlərinin və ya onların nümayəndələrinin seçki dairələrində iştirakları, çıxış formasında təbliğat, radio, televiziya və digər medialardan istifadə Azərbaycan Respublikasının seçki məcəlləsinə əsasən mövcud olan təbliğat metodlarındandır.

Bu ölkə boyu bütövlükdə 125 seçki dairəsi mövcuddur ki, hər dairədən seçicilərin ən çox səsini qazanmış bir namizəd seçiləcək.

İndiyədək Azərbaycan Respublikasında 20 siyasi və ictimai partiya, qurum bu seçkilərdə iştirak etməyə öz hazırlığını elan edib.

Belə bir halda, bəzi siyasi partiya və qurumlar, o sıradan qərb təmayüllü Xalq Cəbhəsi və Demokratik Qüvvələrin Milli Şurası azad və şəffaf seçkilərin keçirilməsinə lazımi şəraitin olmaması iddiası ilə bu seçkilərdə iştirakdan imtina ediblər.