Yan 20, 2020 19:19 Asia/Baku
  • İran-Azərbaycan R. sərhədlərində investisiya imkanı
    İran-Azərbaycan R. sərhədlərində investisiya imkanı

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı İran və Azərbaycan Respublikası sərhədçilərinin birgə iclasının başa çatmasından sonra deyib ki, iki ölkənin birgə sərhədləri olduqca sakitdir və müştərək sərhəd bölgələrində hər cür investisiya üçün şərait var.

General pasdar Qasem Rezayi bu gün günortaçağı İran və Azərbaycan Respublikası sərhədçilərinin birgə iclasının başa çatmasından sonra bir mətbuat konfransında deyib: İki ölkə sərhədçiləri arasında səmimi münasibətlər mövcuddur və bu haqda birgə təsirli yığıncaqlar keçirilir.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı Bakıda, Tehranda və Astara daxil olmaqla sərhəd şəhərlərində Azərbaycan Respublikası sərhədçiləri ilə illik yığıncaqların keçirilməsinə işarə edib. Bildirib ki, indiyədək iki ölkənin ortaq sərhədlərindən bir problem xəbər verilməyib və ya müşahidə olunmayıbdır.

O, İran və Azərbaycan Respublikası sərhədçilərinin iclasını yaxşı və səmərəli adlandırıb və belə deyib: Qərbi Asiyanın cənubunda hərbi qüvvələrin iştirakına əsasən, regionun aktual məsələləri, sərhədlərdə əlaqələr, anlaşma tərzi və bölgənin şəraiti iki ölkə sərhədçilərinin bugünkü iclasında araşdırılaraq, nəzərdən keçirilən məsələlərdən olub.

General Rezayi iki ölkə arasındakı birliyi və konstruktiv anlaşmanın yaradılmasını İran və Azərbaycan Respublikası sərhədçilərinin bugünkü iclasının məhsulu adlandırıb və belə əlavə edib: İran və Azərbaycan Respublikasının birgə sərhədləri olduqca sakitdir və müştərək sərhəd bölgələrində hər cür investisiya üçün şərait var.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı iki ölkə sərhədlərinin dörd fəal sərhəd qapısına malik və uzunluğunun 750 kilometrdən çox olduğunu bildirib və deyib ki, hər gün iki ölkənin müştərək sərhədlərindən yeddi-səkkiz min nəfər keçib gedir.

O bildirib ki, qarşıdakı aylarda Tehranda İran, Azərbaycan Respublikası və Türkiyə sərhədçiləri arasında üçtərəfli iclas keçiriləcək.

O sonra deyib: Heç bir düşmənə və bədxaha İran, Azərbaycan Respublikası və Türkiyə arasındakı konstruktiv əlaqələrə xələl gətirmək icazəsi verməyəcəyik.