Fev 13, 2020 09:09 Asia/Baku
  • Azərbaycan Rspublikası avropa çempionatında 2-ci yeri tutub

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında Yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Apasport.az saytının məlumatına görə, üç gün davam edən mübarizədə Azərbaycan Respublikası yığması baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında bir ilkə imza atıb.

 Azərbaycan Respublikasının millisi,tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub.

Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan Azərbaycan Respublikası millisi 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.