Fev 14, 2020 08:42 Asia/Baku
  • İlham Əliyev: `Pozuntulara yol verənlər cəzalandırılacaq`
    İlham Əliyev: `Pozuntulara yol verənlər cəzalandırılacaq`

Azərbaycan Respublikası prezidenti parlament seçkiləri ilə bağlı deyib: `Pozuntulara yol verənlər cəzalandırılacaq` .

 İlham Əliyev fevralın Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə bildirb: "Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır".