Fev 14, 2020 20:43 Asia/Baku
  • Prezident İlham Əliyevin Münhen görüşü
    Prezident İlham Əliyevin Münhen görüşü

“Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə bir sıra görüşlər keçirib.

O, “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Prezident Əliyev Həmçinin Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

İcraçı direktor qeyd edib ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.