Fev 17, 2020 09:07 Asia/Baku
  • Azərbaycan ordusunun şəhidi torpağa tapşırıldı
    Azərbaycan ordusunun şəhidi torpağa tapşırıldı

Fevralın 15-də Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu dünən torpağa tapşırılıb.

Gəncə şəhərində hərbi qulluqçusu Seymur Ələsgərovla vida mərasimində məsul şəxslər, şəhidin əsgər yoldaşları və şəhər ictimaiyyəti iştirak edib.

Mərasimdə çıxış edənlər Seymur Ələsgərovun şücaətindən söz açıb, düşmən tapdağı altında olan torpaqların tezliklə azad ediləcəyini bildiriblər.