Fev 17, 2020 09:41 Asia/Baku
  • Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır – Siyavuş Novruzov
    Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır – Siyavuş Novruzov

Bir qrup şəxsin qanunsuz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiya keçirməyə cəhd göstərməsi xarici qüvvələrə xidmət edir. Bunu Trend-ə Azərbaycan Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda azad, ədalətli və demokratik parlament seçkiləri keçirilib: “Seçkilərin nəticəsində uduzanlar, xalqın səsini qazana bilməyənlər, təbii ki, müxtəlif bəyanatlar verir. Hətta qohum-əqrabası ona səs verməyənlər, üç adamı ətrafında birləşdirə bilməyənlər bir şou düzəldirlər. Bu şounun da məqsədi bəzi beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir.”-Novruzov vurğulayıb.

YAP-çı deputat deyib: “Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır. Onların məqsədi xarici qüvvələrə xidmət edib pul qazanmaqdır”.