Fev 24, 2020 10:45 Asia/Baku
  • MSK şikayətlərin bir qismini təmin edib
    MSK şikayətlərin bir qismini təmin edib

Azərbaycanda parlament seçkiləri ilə bağlı12 saylı Dairədə 11 məntəqənin nəticələri ləğv edilib.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fevralın 23-də keçirilən iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədliyi qeydə alınan Natiq Cəfərli və Elman Quliyevin müraciətinə baxılıb. MSK müraciətləri müzakirəyə çıxarıb və yekunda 11 məntəqədə səsvermənin nəticələrinin ləğvinə qərar verib.

Bu dairədə lider namizəd Səbinə Xasıyevadır. 11 məntəqədə səsvermənin nəticəsinin ləğvi dairə üzrə nəticənin ləğvindən ötrü yeterli olmayıb.Qnunverciliyə görə, bundan ötrü məntəqələrin beşdə iksinin nəticələri ləğv edilməlidir. İndiyədək  Azərbaycanda 100-yə yaxın seçki məntəqəsinin nəticələri ləğv olunub.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb. Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir.