Mart 18, 2020 13:41 Asia/Baku
  • Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır

Report.az-ın verdiyi məlumata görə Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir.

Bu məqsədlə martın 19-u saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərinişin daşınması dayandırılır.

Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.

Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq", - Qərargahdan bildirilib.

Teqlər