Mart 29, 2020 09:56 Asia/Baku
  • Əliyev:
    Əliyev: "Koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir"

Azərbaycan respublikası prezidenti bildirib ki, Koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir.

 İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında çıxışı zamanı deyib:Bizim iqtisadiyyatımız yanvar-fevral aylarında çox yüksək templərlə inkişaf edib.İnkişaf etmiş ölkələrin dövlət, hökumət başçıları artıq açıq bəyan edirlər ki, bu xəstəlik çox ciddi böhrana gətirib çıxaracaq.

Azərbaycan prezidenti qeyd edib ki,Dünya iqtisadiyyatına böyük zərbə vurulubdur. Üstəgəl neftin qiyməti iki dəfədən çox düşdü və 24 dollar səviyyəsindədir. Bu, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxaracaq. Ancaq bizim əvvəlcədən qəbul edilmiş qərarlar əsasında gördüyümüz işlər hesab edirəm imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa biləkBu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq”.-Əliyev belə deyib. 

KORONAVİRUS ÖLKƏ İQTİSADİYYATINA DA ZƏRBƏDİR