Mart 29, 2020 13:17 Asia/Baku
  • Azərbaycan R-da Hacı İlham Əliyevə geniş dəstək
    Azərbaycan R-da Hacı İlham Əliyevə geniş dəstək

Beynəlxalq Qurumlar Assambleyası Azərbaycan Respublikasında siyasi-dini aktivist olan Hacı İlham Əliyevin azadlığına dəstək istiqamətində kampaniya təşkil edib.

Azərbaycan Respublikası İslam Partiyası, Ruhanilər Məclisi, siyasi, ictimai aktivistlər və bu ölkədəki qeyri-hökumət qurumlarının başçıları Hacı İlham Əliyevə qarşı əsassız ittihamların irəli sürülməsi və onun həbs olunmasını kəskin tərzdə pisləyiblər. Onlar Azərbaycan Respublikasının bu görkəmli ruhanisinin dərhal azadlığa buraxılmasını tələb ediblər.

Onlar bildiriblər ki, Azərbaycan Respublikasının islamçıları öz islami hüquqlarının bərpası istiqamətindəki fəaliyyətlərinə görə, xəyanət ittihamı ilə və mühakimə edilmədən illər boyudur, bu ölkə məhbəslərində həbsdədirlər.

Azərbaycan Respublikasının məşhur din xadimlərindən olan Azərbaycan Respublikası İslam Partiyasının rəhbəri bu müsəlman ölkəsinin məktəblərində islami hicabın qadağan olunmasına qarşı çıxdığı üçün iki il bundan öncə həbsə atılıbdır.

AR-DA «HACI İLHAM ƏLİYEVƏ AZADLIQ!» TƏLƏBİ