Mart 29, 2020 21:31 Asia/Baku
  • Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb
    Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə bu gün, martın 29-da Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Məlumatda qeyd edilib ki, həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir,digərlərinin səhhəti isəstabildir. “Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur”,deyə qərargah vurğulayıb. 

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 209 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 4 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.

AR-DA DAHA 27 NƏFƏRDƏ COVID-19 AŞKAR EDİLDİ