Mart 30, 2020 19:37 Asia/Baku
  • Azərbaycan Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun Xəzər dənizində təlim keçirməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan sektorunda bu ölkənin  Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən  verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.