Mart 31, 2020 08:01 Asia/Baku
  • AR karantini gücləndirmək üçün daxili qoşunları xidmətə götürdü
    AR karantini gücləndirmək üçün daxili qoşunları xidmətə götürdü

Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə başlayıblar. 

Bakı Şəhər Baş Polis İdarəsindən verilən qısa açıqlamada bildirilib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir. 

Azərbaycan Respublikasında koronavirusla mübarizə üzrə operativ qərargah həftənin ilk günlərindən bu ölkədə karantin rejimini gücləndirib. Bu istiqamətdə istehlak və yanacaq maddələri daşıyan maşınlar, kənd təsərrüfatı və yardım avtomobilləri, təcili yardım maşınları istisna olmaqla bütün nəqliyyat vasitələrinin şəhərlərarası hərəkəti qadağan edilibdir.

Bakı şəhər metropoliteninin fəaliyyət müddəti də gündə beş saatadək azaldılıb. İnsanların parklarda və digər əyləncə məkanlarında olmaları qadağan olunub.

Hazırda Azərbaycan Respublikasında əksər dövlət idarələri, bütün elmi və mədəni mərkəzlər, məktəb və universitetlər tətildir.