Apr 05, 2020 09:54 Asia/Baku
  • Azərbaycanda daha 78 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib
    Azərbaycanda daha 78 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib

Azərbaycanda 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə aprelin 4-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda qeyd edilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

“Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, qərargah vurğulayıb.

AR-DA DAHA 78 NƏFƏR COVID-19-A YOLUXUB