Apr 05, 2020 20:16 Asia/Baku
  • Azərbaycanda kpronavirusa yoluxan iki şəxs vəfat edib
    Azərbaycanda kpronavirusa yoluxan iki şəxs vəfat edib

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat etmişdir.

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 547  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

AZƏRBAYCAN R-DA İKİ COVID-19 XƏSTƏSİ VƏFAT EDİB