Apr 06, 2020 12:27 Asia/Baku
  • Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb
    Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

 

 

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda qeyd olunur.   

NAXÇIVANDA 18 NƏFƏRDƏ COVID-19 AŞKARLANIB