Apr 06, 2020 15:01 Asia/Baku
  • Qəsb olunmuş Qarabağda qanunsuz seçkilər 2-ci tura çəkilib
    Qəsb olunmuş Qarabağda qanunsuz seçkilər 2-ci tura çəkilib

Azərbaycan Respublikasında və Ermənistanda koronavirus pandemiyası ilə bir zamanda, martın 31-də Dağlıq Qarabağda keçirilən qanunsuz prezident seçkiləri 2-ci tura çəkilib.

Elan olunmuş nəticələrə əsasən, bu nümayişkaranə seçkilər 2-ci tura çəkilib və namizədlərdən heç biri əksəriyyət səsi qazana bilməyibdir.

Avropa Birliyinin xarici siyasət bölməsi bu haqda bir açıqlama yayıb və belə qeyd edib: Bu birlik 31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda saxta prezident və parlament seçkilərinin keçirilməsinə qarşıdır və bu seçkilər Qarabağın gələcək statusunun təyin edilməsinə, eləcə də müzakirələrin nəticələrinə bir xələl gətirə bilməz.

Azərbaycan Respublikasında «Report» informasiya agentliyi də İran Xarici İşlər Nazirliyi sözçüsünün Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsi barədəki fikirlərini yayıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi də Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsi barədə deyib: Tehran bölgədə gərginliyin və ixtilafların şiddətlənməsinə səbəb olacaq hər cür addımla müxalifdir və bu qənaətdədir ki, İranla qonşu olan iki ölkə, yəni Azərbaycan Respublikası ilə Ermənistan arasında ixtilafların həlli yolunu daha da çətinləşdirən və mürəkkəbləşdirən hər bir addımdan çəkinmək lazımdır.

APA informasiya agentliyi Türkiyə xarici işlər nazirliyinə istinadla Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində prezident və parlament seçkilərinin keçirilməsini Ermənistanın işğalçılıq siyasətinin qanuniləşdirilməsi istiqamətindəki birtərəfli səylərin nişanəsi adlandırıb və belə yazıb: Bu hərəkət beynəlxalq hüquq normaları, o sıradan BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT prinsipləri ilə təzad təşkil edir və dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Dağlıq Qarabağda keçirilmiş seçkiləri rəsmən tanımamalıdırlar.

D.QARABAĞDAKI QANUNSUZ SEÇKİLƏR 2-Cİ TURA ÇƏKİLİB

Teqlər