Apr 07, 2020 15:31 Asia/Baku
  • İlham Əliyevin koronavirus ilə əlaqədar əfv sərəncamı icra edilib

Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq əfv sərəncamı imzalayıb və həmin əfv sərəncamına əsasən,azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 176 nəfər əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azad edilənlər arasında ilahiyyatçı Seyid Fəramiz  Abbasov, MTN generalları olmuş Akif Çovdarov, Sübahir Qurbaniv və Nardaran hadisələri zamanı həbs olunan Eldar Bünyədov da var.