Apr 10, 2020 10:16 Asia/Baku
  • Azərbaycanda koronavirusa yoluxanların sayı minə yaxınlaşır
    Azərbaycanda koronavirusa yoluxanların sayı minə yaxınlaşır

Azərbaycanda indiyədək 926 nəfər koronavirusa yoluxub. Bu barədə aprelin 9-da Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahdan məlumat yayılıb.

Məlumatda yazılıb ki, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib:

"816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", qərargahdan qeyd edilib.

Operativ qərargahdan verilən məlumata görə, son bir gün ərzində 104 şəxsin koronavirus (COVID-19) infeksiyasına yoluxduğu müəyyən edilib, 1 nəfər də ölüb 

Qurumun vurğuladığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 57 min 371 test aparılıb.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib.

AR-DA COVID-19-A YOLUXANLARIN SAYI MİNƏ YAXINLAŞIR