May 28, 2020 21:18 Asia/Baku
  • Azərbaycanda koronavirusla bağlı son durum

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 28-nə olan statistik göstəriciləri açıqlayıb.

 

SəhərAzəri Teleqraf.com-a istinadla xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 006 test edildiyi bildirilib.

Bildirilib ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 284 669 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 2 nəfər isə vəfat edib.

Bununla da Azərbaycanda koronavirusa yoluxanların sayı 4 759 nəfərə, sağalanların sayı 3 022 nəfərə, ölənlərin sayı isə 56 nəfərə çatıb.

Teqlər