May 29, 2020 12:13 Asia/Baku

Azərbaycan Prezidenti İlham Əliyev deyib : "Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik"

SəhərAzəri xəbər verir, Azərbaycan Prezidenti İlham Əliyev  deyib :“Bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq”.

bu sözləri  İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışında səsləndirib. Prezdent qeyd edib ki, xüsusilə son illər ərzində, demək olar ki, bütün beynəlxalq təşkilatlar, həmçinin dünyanın bütün aparıcı ölkələri ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir: “Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri” bunu bir daha göstərdi. O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır."

Teqlər