May 31, 2020 18:07 Asia/Baku
  • Azərbaycanda daha 248 nəfər COVİD-19-a yoluxub, 101 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 248 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

SaharAzeri APA-ya istinadla xəbər verir: Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  iki nəfər vəfat edib. 

Hazırkı dövrədək ölkəmizdə 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalıb, 63 nəfər vəfat edib. 2003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağırdır.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298.648 test aparılıb. 

 

Teqlər