İyun 04, 2020 17:38 Asia/Baku
  • Azərbaycan filmi ilk dəfə Kann Festivalının

Rejissor Teymur Hacıyevin "Axşama doğru" filmi 73-cü Kann Festivalının "Tənqid Həftəsi"nə daxil edilib.

SaharAzeri Turana istinadla xəbər verir, Filmin müəlliflərinin verdiyi məlumata görə, bu, 59 ildir mövcud olan nüfuzlu proqrama seçilmiş ilk Azərbaycan filmidir.

"Axşama doğru" şəhər kənarına ailə məclisinə gedən gənc ər-arvaddan bəhs edir. Məişət məsələsi ilə bağlı fikir ayrılıqları onları gözlənilməyən yerdə dayanmağa vadar edir. Bu səbəbdən qadın qəhrəman müşkül, amma qabaqcadan təxmin edilən vəziyyətə düşür.

Qısa metr formatında çəkilmiş "Axşama doğru" filmi "üçüncü mənanın" çıxarılmasına yönəlmiş yeni kino dilinin axtarışı nümunəsidir. Fransalı filosof Rolan Bartın tərifinə görə, "üçüncü məna" sözlərlə təsvir edilə bilməz, müstəsna olaraq kinematoqrafa xas keyfiyyətdir.

Film FIL PRODUCTION və Mandarin Agency şirkətləri tərəfindən Azərbaycan İctimai Televiziyasının dəstəyi ilə çəkilib.

Teqlər