İyul 26, 2020 09:36 Asia/Baku
  •  Ukrayna muzdlularının guya ki, Azərbaycan tərəfindən vuruşduqları barədə yayılan xəbərlər əsassızdır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədəki xəbərlərə münasibət bildirib.

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu məlumatların əsassız olması barədə açıqlama yayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib ki, bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. O deyib ki, “Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və onun düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də özünün beynəlxalq tanınmış sərhədləri çərçivəsində bu ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı yoxdur."

Qeyd edək ki, İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəçkəsin kobud pozulması nəticəsində iki tərəf arasında şiddətli döyüşlər baş verib və hər iki tərəf insan tələfatına məruz qalıb.

Teqlər