İyul 30, 2020 08:56 Asia/Baku
  • Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Tovuzda Ermənistana məxsus daha bir PUA Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.

SəhərAzəri Apa-ya istinadla xəbər verir, iyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri PUA vasitəsilə Azərbaycan Respublikasının Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

 Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Ermənistanın növbəti taktiki pilotsuz uçuş aparatı dərhal aşkar olunaraq məhv edilib.

Teqlər