Avq 22, 2020 15:31 Asia/Baku
  • Vüqar Bayramov:

“Son illər aparılan islahatlar Azərbaycanı elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevirib”.

Səhər Azəri bildirir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycanda 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanın enerji sektorunun inkişafı baxımından olduqca vacib hadisədir: “2006-cı ildə Azərbaycan illik 1,7 milyon kv/saat elektrik enerjisi idxal edirdisə, görülən tədbirlər artıq 2020-ci ildə Azərbaycanın 1,5 milyon kv/saat-a yaxın enerji ixrac etməsinə imkan yaradıb. İstehsalın ötən müddətdə qorunub saxlanılması fonunda biz istehlakın azalmasını müşahidə etmişik. İstehlakın azalması da itkinin kəskin aşağı salınması ilə bağlı idi. Belə ki, 2016-cı illə müqayisədə enerji sektorunda itki 42%-dən 9%-ə qədər aşağı salınıb. Bu da tələbin ödənilməsinə rasional yanaşma idi.

Teqlər