Sen 05, 2020 20:18 Asia/Baku
  • Azərbaycan-Pakistan hərbi əməkdaşlıqları müzakirə olundu

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səhər Azəri bildirir ki, Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Rza ilə görüşüb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə, görüşdə iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Zakir Həsənov Ermənistan-Azərbaycan münaqişəsi barədə danışıb, bu problemin həllində Pakistanının Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda da dəstəkləməsinə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, terrorizmə qarşı mübarizədə əməkdaşlığın, Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.

Teqlər