Sen 20, 2020 13:00 Asia/Baku
  • İnanclı fəal saxlanıldı - Bərdədə

Məhərrəmlik məclisləri təşkil etməyə cəhd göstərən şəxs saxlanılıb.

Səhər Azəri bildirirki, Azərbaycan Respublikasının Bərdə rayonunda inanclı fəal tutulub.

Rakurs.tv-nin hadisə şahidlərinə istinadla verdiyi məlumata görə, Bəhruz Quliyev adlı inanclı şəxs səhər saat 9 radələrində öz dükanının qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onlar Bəhruz Quliyevi zorla avtomobilə salaraq hadisə yerindən uzaqlaşıblar.

Polisdən adının çəkilməsini istəməyən mənbə yaxınlarına məlumat verərək qeyd edib ki, Bəhruz Quliyevin saxlanılma səbəbi məhərrəmlik məclislərini keçirməyə cəhd göstərməsidir.

Yaxınları da bildirir ki, Bəhruz Quliyev fəal inanclı olub və Aşura günü ehsan paylayıb.

Teqlər