Sen 29, 2020 09:43 Asia/Baku
  • Ermənistan daha 84 hərbçisinin həlak olduğunu elan edib

İşğal edilmiş ərazilərin azad edilməsi uğrunda Azərbaycan Ordusunun hücumlarının davamında Ermənistan daha 84 hərbçisinin həlak olduğunu elan edib.

Səhər Azəri bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qaldığını bildirib. Belə ki, düşmənin 22 tankı və digər zirehli texnikası, 15 “OSA” zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı (PUA), 8 artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə düşmənin 3 silah-sursat anbarı məhv edilib.

Teqlər