Sen 29, 2020 09:52 Asia/Baku
  • Kanada və Britaniya XİN başçıları Dağlıq Qarabağda dərhal atəşkəsə çağırdılar

Kanada və Böyük Britaniya xarici işlər nazirləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki son hadisələrlə əlaqədar birgə bəyanat yayıblar.

Səhər Azəri bildirir ki, Fransua-Filipp Şampan və Dominik Raab Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki son hadisələrlə əlaqədar birgə bəyanat yayıblar.

Məlumata görə, bəyanatda deyilir:

"Kanada və Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlar barədə xəbərlərdən çox narahatdırlar. Yaşayış məntəqələrinin atəşə tutulması və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatlar dərin narahatlıq doğurur. Hərbi əməliyyatların dərhal dayandırılmasına, atəşkəsə əməl olunmasına və mülki şəxslərin qorunmasına çağırırıq. Dağlıq Qarabağdakı münaqişənin istənilən həlli zorakılığın qəbul edilməməsi prinsipinə əsaslanmalı və ATƏT-in Minsk Qrupu tərəfindən müəyyən edilmiş çərçivədə danışıqlar və sülh yolu ilə həll edilməlidir. Biz ATƏT-in Minsk Qrupunun işini və həmsədrlərin dünənki bəyanatını tam dəstəkləyirik".

Teqlər