Sen 29, 2020 19:28 Asia/Baku
  • Azərbaycan MN: PKK terrorçuları Ermənistanın ordu sıralarında

PKK terrorçuları Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdə yer almaq üçün Suriyadan Ermənistana axın edirlər.

Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bu xəbəri verərək, deyib: Əldə etdiyimiz məxfi məlumatlara əsasən Qarabağda gedən döyüşlərdə həlak olan düşmən əsgərləri arasında Suriyadan və digər Yaxın Şərq ölkələrindən gəlmiş çoxlu sayda muzdlu ünsür(PKK terrorçuları) var. Amma, Ermənistan hökuməti əcnəbi muzdlu döyüşçülərdən qanunsuz şəkildə istifadə etdiyi üçün bu faktı təkzib edir.

 

Teqlər