Okt 22, 2020 16:30 Asia/Baku
  • Azərbaycan Respublikasının  26,1 milyon ton neft hasil edib

Azərbaycan Respublikası cari milad ilinin doqquz ayında özünün dəniz və quru yataqlarından iyirmi altı tam onda bir milyon ton neft və iyirmi yeddi tam onda beş milyard kub metr təbii qaz çıxarıbdır.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, bu ölkənin cari milad ilinin doqquz ayında çıxardığı neftin həcmi öncəki ilin müvafiq dövrü ilə müqayisədə iki tam onda bir milyon ton az olubdur.

Cari milad ilində çıxarılmış neftin on yeddi tam onda səkkiz milyon tonu Xəzər dənizində yerləşən «Azəri, Çıraq və Günəşli» yataqlarında fəaliyyət göstərən xarici neft şirkətləri konsorsiumu, beş tam onda altı milyon tonu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti- SOKAR-ın həmkarlığı, iki tam onda yeddi milyon tonu da məmulatlar kimi «Şahdəniz» qaz yatağından çıxarılıbdır.

Teqlər