Okt 23, 2020 10:00 Asia/Baku

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub.

SəhərAzəri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Ermənistan qüvvələri Azərbaycan Respublikasının müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutublar.

Bu məlumata görə, Azərbaycan Respublikası ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Bütün cəbhə boyu erməni qüvvələrin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərərlər vurulub. Onların bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Ermənistan öz qoşunlarının idarə edilməsini praktiki olaraq itirib. Nizami ordu bölmələri çatışmadığından, döyüş mövqelərini qorumaq üçün, onların əvəzinə, məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

Teqlər