Okt 23, 2020 10:08 Asia/Baku
  • Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlanıb

ABŞ dövlət katibi Mayk Pompeo bu gün Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşəcək.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Pompeonun Ceyhun Bayramovla görüşü Vaşinqton vaxtı ilə səhər saat 09:30-da, Bakı vaxtı ilə axşam saat 17:30-da baş tutacaq, görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

Daha sonra isə Pompeo Ermənistanın xarici işlər naziri Zöhrab Mantsakanyanla görüşəcək.

 

Teqlər