Okt 23, 2020 16:01 Asia/Baku
  • Ermənistana məxsus üç PUA vurulub, ikisi isə zərərsizləşdirilib

Ermənistana məxsus üç PUA vurulub, ikisi isə zərərsizləşdirilib.

SəhərAzəri xəbər verir, oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı Azərbaycan Respblikasının Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq, məhv edilib.

Bu barədə Azərbaycan Respblikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Azərbaycan Respblikası Müdafiə Nazirliyinin digər bir məlumatına görə isə, oktyabrın 23-də saat 12:00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı Azərbaycan Respblikasının hərbi bölmələri tərəfindən məhv edilib.

Teqlər