Okt 24, 2020 10:47 Asia/Baku
  • Azərbaycanın bir neçə yaşayış məntəqəsi atəşə tutulub

Azərbaycanın bir neçə yaşayış məntəqəsi atəşə tutulub Cəbhə bölgəsindən kənarda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması davam edir.

SəhərAzəri Baki medialarina istinadla xəbər verir, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. məlumatda bildirilib: "Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.
Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bir müddət əvvəl elan edib: "Ermənistan Goranboy-Naftalan istiqamətindəki əraziləri atəşə tutur".

Teqlər