Okt 25, 2020 00:09 Asia/Baku
  • ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi, “Abşeron J.W. Marriott” kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə ABŞ səfirliyin rəsmi saytında məlumat verilib, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkədə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. 

Teqlər