Okt 25, 2020 22:37 Asia/Baku
  • İlham Əliyevin müsahibəsi ən çox oxunan məqalə olub

Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi ən çox oxunan məqalə olub.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə “Nikkei Asia”nın “Twitter” səhifəsində qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti Vətən müharibəsi başlayandan bu günə qədər dünyanın müxtəlif ölkələrinin tanınmış media orqanlarına müsahibələr verib. Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi rolu, iqtisadiyyat və daxili siyasi proseslərlə bağlı bütün sualları cavablandıran İlham Əliyevin müsahibələri dünyanın yüzlərlə media orqanında yayılıb. Azərbaycan Prezidentin "Fox News" telekanalına verdiyi sonuncu müsahibəsi də hazırda sosial şəbəkələrdə ən çox yayılan məlumatlar arasındadır.

 

Teqlər