Okt 29, 2020 09:48 Asia/Baku
  • Azərbaycan Respublikasının Tehrandakı səfiri İran qəzetinə müsahibə verib

Azərbaycan Respublikasının Tehrandakı Səfiri Bünyad Hüseynov İran qəzeti ilə müsahibədə bildirib ki, atəşkəsin qurulması və məsələnin dialoq yolu ilə həll edilməsi şərtləri mövcuddur, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikası ərazisindən çıxarılmalıdır.  

  

SəhərAzəri xəbər verir,  Hüseyn Bünyadov qeyd edib ki, Ermənistan Baş nazirinin bir neçə dəfə işğal altındakı ərazilərimizə Azərbaycan Respublikasının razılığı olmadan gəlməsi və andiçmə mərasimini Azərbaycan Respublikasının mədəniyyət beşiyi Şuşa şəhərində keçirtmək istəməsi müharibəyə təhrik etmə idi.

Onun sözlərinə görə, rəsmi Bakı İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünə və işğal olunmuş ərazilərin azad edilməsinə dəstək mövqeyini yüksək qiymətləndirir. Son bir neçə gündə Ali Rəhbərin beynəlxalq əlaqələr üzrə müşaviri, İslami Şura Məclisinin bəzi üzvləri, Ali liderin İranın şimal-qərb əyalətlərindəki nümayəndələri, valilər, Xarici İşlər nazirliyinin sözçüsü, hökumət sözçüsü və hamısı Azərbaycan Respublikasının mövqelərini dəstəklədilər. Azərbaycan Respublikası İranın bu mövqelərini yüksək qiymətləndirir".  

Bünyad Hüseynov təkfirçilərin Azərbaycana gətirilməsi iddiasına da münasibət bildirib. “Təkfirçi qüvvələrin istifadəsi xalqımızın inanclarına ziddir. Bir çox fotoşəkilin Ermənistanda fotoşop edildiyi məlumdur, guya onlar Azərbaycan Respublikası ərazisində döyüşürlər. İndi müharibə yalnız hərbi döyüş meydanına aid deyil. Bu müharibə kiber məkanda davam edir. Ermənilər dünya mediasında sahib olduqları imkanlarından istifadə edirlər. Yəni bu günə qədər təkfirçilərin Azərbaycan Respublikası ordusu ilə döyüşməsi haqqında etibarlı bir dəlil olsaydı, onlar bunu təqdim etməzdilərmi?" –deyə diplomat bu barədə bütün şayiələri təkzib edib

Teqlər