Okt 30, 2020 12:15 Asia/Baku
  • Bakı erməni hərbçilərin cəsədlərini təhvil verib

Azərbaycan Respublikası Ermənistan hərbçilərindən otuz nəfərin cəsədini Beynəlxalq Qızıl Xaç Təşkilatına təhvil verib.

SəhərAzəri xəbər verir, Beynəlxalq Qızıl Xaç Təşkilatı Ermənistana təhvil verilmiş cəsədlərin sayına işarə etməsə də Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev Bakı tərəfindən həmin təşkilata otuz cəsədin verildiyini bildirib.

Bu haqda verilən məlumatda sonra deyilir ki, cəsədlər Minsk Qrupu həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsinin koordinasiyası ilə təhvil verilibdir.

Teqlər