Okt 31, 2020 10:56 Asia/Baku
  • Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb.

 SəhərAzəri Sputnik-ə istinadla xəbər verir ki, Bakı və İrəvan Cenevrə danışıqlarında mülki əhalini və qeyri-hərbi obyektləri hədəfə almamaq barədə razılığa gəldilər.

Bu barədə Qrupun yaydığı bəyanatda deyilir: “Cenevrədə 30 oktyabr görüşünün nəticələrinə görə tərəflər atəşkəs və digər öhdəliklər barədə təcili tədbirlər görülməsi üçün razılığa gəliblər.

Bu istiqamətdə tərəflər beynəlxalq humanitar hüquqa müvafiq olaraq, dinc əhalini və qeyri-hərbi obyektləri qəsdən hədəfə almayacaqlar.

Bakı və İrəvan həmçinin 10 oktyabr Moskva bəyanatına müvafiq olaraq atəşkəsə əməl olunmasının yoxlanılması üçün mümkün mexanizmlərlə əlaqəli şərh və suallarını da təqdim etməlidirlər.

Bundan əlavə tərəflər 10 oktyabr tarixli birgə bəyanatın 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarda mövqelərini aydınlaşdırmaq üçün açıq və məzmunlu fikir mübadiləsi aparıblar.

Həmçinin bildirilir ki, tərəflər bir həftə ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsinə mümkün mübadiləni təmin etmək üçün əsirlərin siyahısını təqdim edəcəklər. Eləcə də Bakı və İrəvanın Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətləri verərək döyüş əməliyyatları zonasındakı meyitlərin mübadiləsi prosesində fəal iştirak edəcəyi də bildirilir.

Teqlər