Noy 04, 2020 15:41 Asia/Baku
  • Azərbaycan Respublikası XİN inqilab Rəhbərinin mövqeyinə görə təşəkkür edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İslam inqilabının Böyük Rəhbərinin Qarabağ münaqişəsinə dair mövqeyinə görə təşəkkür edib.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, rəsmi Bakı İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xameneinin Ermənistanla Azərbaycan Respublikası arasında gedən döyüşlər barədəki sözləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə etməsinə görə təşəkkür edir.

Bəyanatda sonra deyilir: Ayətullah Seyid Əli Xamenei bildirib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün bölgələri azad olmaı və bu ölkəyə qaytarılmalıdır. O, bir daha İran İslam Respublikasının beynəlxalq hüquqa əsasən, Azərbaycan Respublikasının haqlı mövqeyini qətiyyətlə himayə etdiyini göstərdi.

Bəyanatda daha sonra deyilir: Biz İranın Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin həlli üzrə səyi və təşəbbüsünə, o cümlədən İran prezidentinin xüsusi nümayəndəsi Seyid Abbas Əraqçinin Bakıya səfəri zamanı təqdim etdiyi sülh təşəbbüs planını işləyib hazırlamasına görə, təşəkkür edirik.

Azərbaycan Respublikası inanır ki, İranla münasibətlər tarixi köklər üzərində qurulub və bu münasibətlər gələcəkdə də uğurla genişlənəcəkdir. Bu əlaqələr bölgədə sülh, sabitlik və rifahın təmin edilməsinin xidmətində olacaqdır.

Teqlər