Noy 23, 2020 07:15 Asia/Baku
  • Azərbaycan Güləş Federasiyası milli üzvlərinin koronavirusa yoluxduğunu açıqlayıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin bir neçə üzvü koronavirusa yoluxub.

SəhərAzəri xəbər verir, Azərbaycan Güləş Federasiyası bu barədə məlumat yayıb,  Cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb.

Azərbaycan Güləş Federasiyası koronavirus pandemiyası ilə mübarizədə bütün profilaktik tədbirlər gördüyünü açıqlayıb.

Teqlər