Noy 24, 2020 18:37 Asia/Baku
  • BQXK-nın Qarabağdakı qüvvələrinin sayı artacaq

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı qüvvələrinin sayı və tapşırıq büdcəsi artacaq.

SəhərAzəri xəbər verir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri deyib: Qarabağdakı son savaşdan öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu bölgədəki tapşırıq büdcəsi təqribən on bir milyon dollar idi, amma gələn il bu büdcə təqribən əlli milyon dollara artacaqdır.

Piter Murer deyib: Beynəlxalq Qırmızı Xaç Komitəsi qüvvələrinin Qarabağdakı iştirakının 400 nəfərdən 500 nəfərə artması bu təşkilatın proqramlarındandır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Qarabağdakı ən təcili məsələlərdən birini cəsədlərin axtarışı və müəyyən edilməsi adlandırıb və belə deyib: Döyüşən tərəflər öz nəzarətləri altında olan bölgələrdə cəsədlərin axtarışındadırlar, amma təmas xəttində bəzi bölgələrin minalandığına görə, axtarış çətindir.

Teqlər