Noy 25, 2020 09:28 Asia/Baku
  • Azərbaycan Respublikası Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

SəhərAzəri Apa-ya istinadla xəbər verir, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  Azərbaycan Ordusunun bölmələrinin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

 

Teqlər