Noy 26, 2020 14:58 Asia/Baku
  • AR Milli Məclisi Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 26-da keçirilən iclasında Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.

SəhərAzəri xəbər verir, sənədin mətnini deputat Cavanşir Feyziyev təqdim edib.

Bəyanatda deyilir: “2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanat Dağlıq Qarabağ münaqişəsinə son qoymuşdur. Bu üçtərəfli bəyanat BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın da dəstəklədiyi 4 qətnamənin icrası deməkdir. Bu bəyanat eyni zamanda digər mötəbər beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrasını təmin edib. Milli Məclis yaradılan yeni reallıqların hər kəs tərəfindən qəbul olunmalı olduğunu xatırladır".

Azərbaycan Respublikası hökumətinə aşağıdakı təkliflərlə çağırış edir:

1. Son günlər tutduğu mövqe ilə bitərəfliyini şübhə altına qoyan Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin.

2. Azərbaycan Respublikası və Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın.

3. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın, dərindən təhlil edilsin və müvafiq tədbirlər görülsün".Sənəd səsə qoyularaq, qəbul edilib.

Teqlər