Noy 28, 2020 18:35 Asia/Baku
  • Füzulidə 5 nəfər minaya düşərək həyatını itirib

Beş nəfər Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının 5 vətəndaşı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilisb, digər prosessual hərəkətlər yerinə yetirilib.

Teqlər