Noy 29, 2020 19:57 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa gündəlik yoluxma prosesi davam edir

Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Operativ Qərargah bu gün bu ölkədə koronavirusa gündəlik yoluxma prosesinin davam etdiyini bildirib.

SəhərAzəri xəbər verir ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahdan verilən məlumatda görə, ötən sutka ərzində bu ölkədə COVID-19-a yoluxma üzrə dörd min yüz yetmiş yeni hal qeydə alınıb. Onlardan min 985 nəfər xəstəxanaya yatırılıb, 38 nəfər isə həyatını itiribdir.

Azərbaycan Respublikasındakı rəsmi mənbələr bu ölkədə koronavirusa yoluxanların ümumi sayını onun baş verməsinin əvvəlindən 118 min 195 nəfər elan ediblər ki, həmin xəstələrdən 73 min 676 nəfər müalicə olunaraq, xəstəxanadan buraxılıb, min 361 nəfər isə həyatını itiribdir.

Teqlər