Dek 01, 2020 21:05 Asia/Baku
  • Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəz barədə razılaşma əldə ediblər

Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə ortaq nəzarət mərkəzi mövzusunda razılığa gəlib.

SəhərAzəri IRNA xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib: “Noyabrın 11-də RF Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında imzalanan memoranduma müvafiq olaraq, atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yerləşdirilməsi və fəaliyyət göstərməsi qaydaları barədə razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşdiriləcək. Birgə mərkəzin təşkilati strukturunda rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq”.

İ.Konaşenko, həmçinin qeyd edib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlı qüvvələrin bölmələri tərəfindən 34 hektardan artıq ərazi, təqribən 12 kilometr yol minalardan təmizlənib, 110-dan artıq ev və sosial obyektlər yoxlanılıb, partlayış təhlükəli 1077 əşya aşkarlanıb və zərərsizləşdirilib.

Daha əvvəl Türkiyə Müdafiə Nazirliyi Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq bir monitorinq mərkəzinin yaradılması ilə bağlı Rusiya ilə saziş imzalandığını elan etmişdi.

Teqlər